Əliyev Blinkenə izah edib ki, yalnız Ağdam-Xankəndi yolunun açılmasından sonra Laçın-Xankəndi yolu açıla bilər, o da yalnız Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə. Yəni Laçın yolundan daşınacaq yüklərə görə gömrük rüsumu ödəməli olacaqlar.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı ABŞ Dövlət katibi ilə Azərbaycan Prezidenti arasında baş tutan telefon danışığı haqda qeyd edib.
“Telefon danışığında əsas diqqətçəkən məqam Əliyevin mövcud vəziyyətin yaranmasında separatçıların rolunu bir neçə dəfə vurğulamasıdır. Bu, Bakının separatçılara qarşı ata biləcəyi mümkün addımlardan öncə beynəlxalq ictimaiyyəti məlumatlandırması kimi də qəbul edilə bilər”, - politoloq vurğulayıb.
- Bakıda güclü yanğın - Video
- Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib
- Şüvəlanda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Son 140 ilin ən yüksək temperaturu qeydə alındı
- Çingiz Əlioğlu vəfat etdi
- Tanınmış şair vəfat etdi
- Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...
- Çimərliyə getmək istəyənlərin nəzərinə!