Azərbaycan-Ermənistan arasında baş verən gərginliklə bağlı cənab İlham Əliyevlə də görüşlərim olub. Görüşdən sonra yəqin ki, sabah mənim cənab Paşinyanla görüşüm olacaq.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Təbii ki, bölgəni sakitliyə dəvət etməkdən başqa çarəmiz yoxdur. Ancaq indi burada, xüsusən də Qarabağda atılan addımlar düzgün addım deyil, bunu qəbul etmək mümkün deyil, AB-yə üzv dövlətlər də bunu qəbul etmir. Sabahkı görüşümüzdə onlara deyəcəyik ki, bu məsələ ilə bağlı cənab Paşinyana xəbərdarlıq etsinlər və belə bir “seçki”ni qəbul etmək qətiyyən mümkün deyil. İndiyə qədər görüşdüyümüz dost, Qərb ölkələri “seçki”ni qəbul etmirlər. Bu, baş verəcək bir şey deyil, məqbul “seçki” deyil”, - Ərdoğan bildirib.
- Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda iki vəkilə hökm oxundu
- Uzun fasilədən sonra ilk dəfə - Görüntüləri yayıldı+Video
- Sumqayıtda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Toya minlərlə adam axın etdi - “Rolls-Royce”dan düşən başqası idi