Cənubi Qafqazda “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) formatından kənar ünsiyyət qurmaq vəziyyəti daha da çətinləşdirir.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bunu İranın vitse-prezidenti Məhəmməd Cəmşidi özünün "X" (Twitter) səhifəsində İran prezidenti İbrahim Rəisi ilə Ermənistan baş naziri arasındakı telefon danışınığının detallarını açıqlayarkən qeyd edib.
M.Cəmşidinin sözlərinə görə, əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti daha da çətinləşdirir.
Qeyd edək ki, İran Ermənistan tərəfinin son vaxtlar bölgədə müxtəlif narahatedici addımlarının fərqində olduğunu göstərir. İran region məsələlərinin region ölkələri tərəfindən həll edilməsini istəyir.
- Qəzada ölənlər ər-arvad imiş - Rəsmi
- Suda boğulma hallarında xilasetmə əməliyyatları... - Video
- Bakıda qeyri-adi kənd yumurtası... - Foto
- Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır
- Masazır sakinlərinə şad xəbər - Sabahdan…
- Türkiyədə Trampa sui-qəsd hazırlandığına dair araşdırmanın - Nəticəsi
- Zaur Mikayılov Füzulidə vətəndaşları qəbul etdi
- 3400 illik qızıl diademlər tapıldı - Foto