DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Tərtərdə dünən iki nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb.
İdarədən BUTA.TV-a verilən məlumata görə, ötən gün saat 16 radələrində, Tərtər rayonunun Təzəkənd kəndinin ərazisində Bərdə rayon sakini 64 yaşlı Adil Əhmədov idarə etdiyi “Mersedes” markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn Əzim Əhmədovun idarə etdiyi “DAF” markalı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində Adil Əhmədov və sərnişini – həyat yoldaşı Elza Əmirova hadisə yerində həyatlarını itirib, yük avtomobilinin sürücüsü isə xəsarət alıb:
"İlkin araşdırmalara görə hadisənin “Mercedes” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verməsi ehtimal olunur.
Azərbaycan Ermənistana plastik tikinti materialları ixracına başladı
Baş Dövlət Yol Polisi İdarəsi ehtimal olunan səbəbdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin qeydə alındığını bir daha təəssüf hissi ilə xatırladır və hazırda mövsüm üçün xarakterik olan isti havanın sürücülərin əhval-ruhiyyəsinə, ətraf mühitə reaksiyasına mənfi təsir göstərdiyini nəzərə alaraq, onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, günün nisbətən sərin vaxtı yola çıxmağa, uzaq məsafələrə səfərlər zamanı qısa müddətli istirahət etməyə çağırır.
Unutmayaq, təhlükəsizliyimizə diqqət həyatımıza və doğmalarımıza verdiyimiz dəyərdir".
- “ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar
- Qəbul imtahanında dörd nəfər 400 bal topladı
- Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
- II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
- Qəbul imtahanının nəticəsi elan edildi
- Azərbaycanda baş müəllim vəfat etdi - Foto
- Prezident fərman imzaladı
- Qəzada ölənlər ər-arvad imiş - Rəsmi