Bayramovla Lavrovun görüşü keçirildi - Fotolar - Yenilənib

13:21 - 17 İyul 2026 - GÜNDƏM

 Bayramovla Lavrovun görüşü keçirildi - Fotolar - Yenilənib

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilir.

BUTA.TV” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

***

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “X” hesabında nazirlərin görüşü zamanı müzakirə edilən məsələləri açıqlayıb.

Bildirilib ki, danışıqlar zamanı nazirlər Azərbaycan-Rusiya ikitərəfli gündəliyini, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, humanitar sahələrdə əməkdaşlığı, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Məlumata görə, Cənubi Qafqazdakı vəziyyətə toxunan Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqların beynəlxalq hüquq prinsiplərinə - xüsusən dövlət suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslandığını vurğulayıb.

Həmçinin səfər çərçivəsində Azərbaycan və Rusiya XİN-ləri arasında 2026-2027-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb.





Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol