Araikin məşuqəsi və brilyantları Ermənistanda bomba kimi partladı

10:19 - 11 Sentyabr 2023 - SİYASƏT

 Araikin məşuqəsi və brilyantları Ermənistanda bomba kimi partladı

Qarabağdakı separatçı rejimin “rəhbəri” Arayik Arutyunanla bağlı rüsvayedici və şok məlumatlar yayılıb.

Musavat.com xəbər verir ki, bu barədə "AzFront" telegram kanalında məlumat yayılıb. Kanal bununla bağlı xəbərlərin Ermənistan gündəmini zəbt etdiyini bildirir. Söhbət separatçı rejimdə “yüksək vəzifədə işləmiş” bir şəxsin məktubunun yayılmasından gedir. Məktubun məzmunundan belə aydın olur ki, müəllif bu il avqustun 31-də “prezident” vəzifəsindən istefa vermiş Araik Arutyunyanın keçmiş yaxın adamıdır. Onun sözlərinə görə, Araik Arutyunyan separatçı rejimdə bir çox siyasi prosesləri gözəgörünməz şəkildə idarə edərək separatçılar arasında indi də ən nüfuzlu fiqur olaraq qalır. 

Belə görünür ki, bu il sentyabrın 9-da orada keçirilən yeni "prezident seçkiləri" əslində bir uydurmadır, çünki “seçilmiş” Şahramanyan tamamilə sələfinin nəzarətindədir.

Bunun fonunda, Arutyunyanın keçmiş ən yaxın adamlarından biri, onun ən dərin sirlərinə bələd olan bir şəxs keçmiş “müdirinin” şəxsi həyatının maraqlı təfərrüatlarını ictimaiyyətə açıqlamaq qərarına gəlib. 

Məktubun məzmununa əsasən, səbəb bu yaxınlarda Kremlin himayədarı Vardanyanın noyabrda “hökumət başçısı” (“dövlət naziri”) vəzifəsinə təyin edilməsindən sonra baş vermiş münaqişə olub.

Nəticədə məktubun müəllifi “eks-prezident”in ən mühüm sirlərindən birini açıqlayıb. Məlum olub ki, uzun illər onun rəsmi ailəsindən başqa bir ailəsi də olub, sadəcə bu heç yerdə “afişa edilməyib".

Dərc olunmuş məktubdan belə çıxır ki, Arutyunyanın birinci arvadı Kristine Arutyunyan bu günə qədər ərinin ikinci “arvadının” varlığından belə şübhələnməyib. Onun adı Liana Adamyandır. O, tanınmış jurnalist və ictimai fəaldır. Və əgər Arutyunyanın rəsmi nikahından üç qızının olduğu bəllidirsə, məşuqəsindən isə bir oğlu və bir qızı var. 

“Eks-prezident”in keçmiş yaxın adamının dediyinə görə, Liana Adamyan İrəvanda elit yaşayış kompleksinin dəbdəbəli mənzilində yaşayır (kv. 1100 dollar), mütəmadi olaraq xaricə eksklüziv olaraq biznes-klassda uçur və yalnız ən bahalı otellərdə gecələyir. Üstəlik, varlı himayədarı ilə mübahisə etdikdən sonra barışıq əlaməti olaraq ondan yalnız brilyant qəbul edir.

Qeyd edək ki, adı çəkilən jurnalistin dəbdəbəli həyatı elə onun özü tərəfindən sosial şəbəkələrdə açıq şəkildə sərgilənir. 

Araik Arutyunyanın keçmiş yaxın adamının dediyinə görə, fotolar uzun illər onun “ikinci arvadı” (rəsmi həyat yoldaşı ilə eyni vaxtda) olmuş Liana Adamyanın Facebook səhifəsindən götürülüb. Təqdim olunan fotoşəkillər, eləcə də Adamyanın Facebook səhifəsindəki çoxsaylı qeydlər onun qlamur həyat tərzi sürməsi barədə deyilənləri təsdiqləyir. Liana Adamyan bahalı restoranlara, elit şənliklərə, İrəvanda moda nümayişlərinə baş çəkir, brend butiklərdəki mağazalardan alış-veriş edir. Üstəlik bu “məftunedici sevgili”yə ayrılan pullar Arutyunyanın “prezident” olduğu vaxtlarda separatçıların büdcəsindən ödənilib. 

Bütün bunlar isə Qarabağda sepratçıların nəzarətində qalan ərazilərdə yaşayan erməni sakinlərinin “aclığı”, “inanılmaz iztirabları” və “məhrumiyyətləri” barədə səs-küylü bəyanatlar fonunda baş verib!

Məktub müəllifinin fikrincə, illərlə ailəsinə xəyanət edən və bunu illər boyu məharətlə gizlədən şəxs öz “xalqına” da eyni hərəkəti edə bilərdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol