Ramzan Kadırovun həyatı və xəstəliyi ətrafında yaranan isteriya, hay-küy bir qədər qəribədir. Əsasən liberal, Ukrayna və Qərb mediası təlaşa düşür. Onlar istəyirlər ki, dünya uydurduqları kainat obrazına uyğun olsun. Bununla bağlı bir neçə məqama aydınlıq gətirim.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı jurnalist və politoloq Maksim Şevçenko deyib.
“Kadırov ailəsi, ətrafındakı hər kəs kimi, mömin müsəlmandır. Əgər vəfat edərsə, o, ölüm günü gün batmazdan əvvəl ailə qəbiristanlığında dəfn ediləcək. Əgər o, Çeçenistanda deyilsə, o zaman ölümü elan edilərək vətəninə aparılacaq. Onun ölümünü gizlətmək mümkün olmayacaq. Çeçenlər belə şeylərlə zarafat etmirlər.
Müasir Çeçenistan Rusiya dövlətinin, onun bütün xüsusi xidmət orqanlarının, hüquq-mühafizə orqanlarının və dövlət institutlarının mühüm sistem hissəsidir. Heç bir formada dövlətdən ayrı mövcud deyil. Kadırovun ölümü müasir Rusiyada çeçen amilinin roluna və əhəmiyyətinə təsir etməyəcək. O, təkbaşına deyil (Kadırovun rəqibləri bunu istəsələr də). Kadırov tamamilə Putinin yaratdığı sistemə daxildir. Kadırov atasının ölümündən sonra çətin, bəzən də amansız yol keçmiş, qeyri-adi və sərt insandır. Onun çoxlu düşmənləri var. Amma onun ölümü heç nəyi dəyişməyəcək. Rusiyada və Qafqazda Çeçenistanın rolu və çeçen faktoru dəyişməyəcək. Respublikada vəziyyətin qeyri-sabit olacağına və bundan istifadə oluna biləcəyinə inananların şansı azdır”, - o bildirib.
Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
Qeyd edək ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun “sağalmaz xəstəlikdən” komaya düşdüyü, hətta öldüyü barədə iki gündür xəbərlər yayılır. Kadırov Teleqram kanalında isə ötən gün günorta saatlarında bu şayiələrə cavab olaraq idmanla məşğul olduğunu əks etdirən görüntü paylaşmışdı.
- 16 yaşlı qız cinsi zorladılar, 4 nəfər həbs olundu
- Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
- Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
- Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?
- Manaf Ağayevin oğluna vəzifə verildi
- Onlar da polisin vəzifələrini icra edəcək
- Qabil Məmmədovla bağlı qərar verildi
- Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?