Biz çox yaxınıq və sülh müqaviləsi imzalamaq üçün tarixi imkanımız var. Bu yolların açılması bizim üçün prioritet məsələdir və Ermənistan avtomobil və hətta dəmir yolu təqdim etməyə açıqdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan ölkə televiziyasına müsahibəsində deyib.
“Biz həqiqətən də Qranadada irəliləmək, bu tarixi fürsətdən istifadə etmək istərdik. Əbədi müharibənin heç kimə faydası yoxdur”, - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin 5 oktyabrda Qranadada görüş keçirəcəyi gözlənilir. Görüşlə bağlı hazırlıqlar üçün 26 sentyabrda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın Brüsseldə görüşücəyi bildirilir.
- Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda iki vəkilə hökm oxundu
- Uzun fasilədən sonra ilk dəfə - Görüntüləri yayıldı+Video
- Sumqayıtda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Toya minlərlə adam axın etdi - “Rolls-Royce”dan düşən başqası idi