Millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Buta.tv-nin məlumatına görə, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
Allah rəhmət eləsin!
- Hövsanın suyu kəsildi
- Bakıda güclü yanğın - Video
- Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib
- Şüvəlanda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Son 140 ilin ən yüksək temperaturu qeydə alındı
- Çingiz Əlioğlu vəfat etdi
- Tanınmış şair vəfat etdi
- Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...