Sabahdan taksi fəaliyyəti üçün yeni dövlət rüsumlarının tətbiqinə başlanılacaq.
BUTA.TV xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
İndiyə qədər qüvvədə olan qanuna əsasən isə yalnız Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun tutulduğu hallar sırasında yer alıb. Sabahdan qüvvəyə minəcək qanuna əsasən isə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyənləşir.
Belə ki, yeni rüsumların aşağıdakı kimi olacaq:
- Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün - 125 manat
- bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi - 25 manat
- Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi - 250 manat
- hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi - 75 manat
- Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi - 3000 manat.
- Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
- Bakıda oğul anasını öldürdü - Görün, kim imiş...
- Bayram Məmmədovun anası öldürüldü - Şübhəli qardaşıdır
- 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva
- MİQ-in nəticələri elan edildi
- “9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva
- DYP-dən sürücülərə müraciət
- Nazir ölümündən bir gün öncə onu ziyarət etmişdi... - Fotolar