Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün reytinq cədvəlini elan edib.
BUTA.TV xəbər verir ki, Azərbaycan şahmatçıları arasında ən yaxşısı nəticə Teymur Rəcəbova məxsusdur. O, 2745 xalla 14-cü pillədə qərarlaşıb.
Şəhriyar Məmmədyarov bir pillə geriləyərək hazırda 17-cidir (2734 xal). Nicat Abasov isə 59-cu yerdən 58-ci pilləyə yüksəlib (2677 xal).
Reytinq cədvəlinə Maqnus Karlsen (Norveç, 2839 xal) liderlik edir. Fabiano Karuana (ABŞ, 2786 xal) 2-ci, Dinq Liren (Çin, 2780 xal) isə 3-cüdür..
Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə indi 30-cu (2441 xal), Ülviyyə Fətəliyeva 56-cı (2387 xal), Gövhər Beydullayeva 66-cı (2383 xal), Gülnar Məmmədova isə 100-cü (2346 xal) pillədədir.
Reytinqdə birinci yeri Hou Yifan (Çin, 2628 xal), 2-ci yeri Yu Vençjonq (Çin, 2560 xal), 3-cü yeri isə Aleksandra Qoryaçkina (FİDE, 2558 xal) tutur.
- Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır - Əli Əhmədov
- Hüseynzadə ABŞ-ın NATO-dakı nümayəndəsi ilə görüşdü
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər nə vaxt bitir?
- Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi
- Rusiya ilə gərginliyin səbəbkarı... – Şəfiyev
- Sülh sazişinin paraflanması... - Prezident
- Bakıda mühüm forum keçirilir
- Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...