Qarabağda keçmiş separatçı rejimin “başçısı” Samvel Şahramanyan bir qrup şəxslə birlikdə Xankəndidə olduğunu, ölən və itkin düşənlərin tapılması prosesi başa çatana qədər şəhərdə qalacağını açıqlayıb.
Proses başa çatandan sonra Şahramanyan Qarabağı tərk edə biləcəkmi?
Bu sualın cavabı hələlik bəlli deyil. Təhvil-təslim prosesi başa çatana qədər – 1 yanvar 2024-cü il – Samvelin “xidməti”ndən yararlanmaq mümkündür. İstisna deyil ki, Rusiya tərəfi ona Qarabağı tərk edə biləcəyinə dair vədlər verib.
Digər tərəfdən, Samvelin hazırda edə biləcəyi yeganə iş Bakının təqdim etdiyi proqram üzrə hərəkət etmək, öz qalıqlarını özü toplamaqdır. Əks təqdirdə, Qarabağdan çıxdığı yerdə həbs oluna bilər. Və bəlkə də o bütün bu “xidməti”nin qarşılığında bağışlanmağı, çıxmağına şəraitin yaradılmasını gözləyir.
Hərçənd, Şahramanyan qondarma rejimin qanunsuz “seçkiləri”nə qatılmaq və “başçı” seçilməklə Azərbaycan qanunlarını pozub və buna görə məsuliyyətə cəlb edilməlidir. Ümumiyyətlə, qondarma rejimə “rəhbərlik” etmiş bütün şəxslərin qanun qarşısına çıxarılması Azərbaycana qarşı erməni separatizminin perspektiv imkanlarına əhəmiyyətli zərbə ola bilər: Köçəryan istisna olmaqla, dördü – Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və Samvel Şahramanyan nəzarətimizdədir.
- Bazar günü hava necə olacaq?
- Bəzi ərazilərə yağış yağıb, külək əsib
- Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biridir
- “Üç ildə ümumilikdə 16 dəfə səfər etmişəm” - Video
- Bakıda oğul anasını öldürdü - Görün, kim imiş...
- 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva
- MİQ-in nəticələri elan edildi
- DYP-dən sürücülərə müraciət