Xəbər verdiyimiz kimi Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.
Bu barədə erməni mətbuatı məlumat yayıb. Parlamentdə keçirilən səsvermə zamanı sözügedən qanun layihəsinin lehinə 60, əleyhinə isə 22 nəfər səs verib. Məlumata görə, Roma Statutu oktyabrın 7-də, Rusiya Prezidenti Vladimir Putinin doğum günündə qüvvəyə minəcək.
Qeyd edək ki, Ermənistan Roma Statutuna qoşulduqda BCM-nin çıxardığı qərarlar ölkə tərəfindən də icra olunmalı olacaq. İrəvan bu barədə niyyətini bəyan etdikdə Rusiya XİN açıqlama yayaraq Ermənistanın bu qərarının qəbuledilməz olduğunu bildirib. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsi mart ayında Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır.
- Prezident Göyçə gölündən danışdı: Xəritəyə baxın!
- Məhkəmə: Təqsirləri sübutlarla təsdiqləndi
- Müharibədə birinci biz bunu tətbiq etmişik - Prezident
- Azərbaycanlıların qayıtması Ermənistanı qorxutmasın!
- Bu kürsüdən dövlət strukturlarına göstəriş verirəm...
- Təbii sərvətlər gec-tez tükənəcək - İlham Əliyev
- Prezident hərbi paraddan danışdı
- Yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək