“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə “Hakken”lə səfər oyununa itkilərlə çıxacaq.
BUTA.TV xəbər verir ki, komandanın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə və sağ cinah müdafiəçisi Marko Veşoviç matçı buraxacaqlar. Bəhlul zədəlidir və bu səbəbdən Azərbaycan millisinə də dəvət olunmayacaq. Veşoviç isə zədəsini sağaltsa da, hazırda yalnız fərdi məşqlərlə kifayətlənir.
Əvəzində Redon Cica sağalıb. Norveçin “Molde” klubuna qarşı ilk qrup matçını (1:0) buraxan albaniyalı forvard meydana çıxmağa hazırdır.
Qeyd edək ki, sabah “Ullevi” stadionunda keçiriləcək “Hakken”-“Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur