Bu görüşdə üç xal qazanmaq istəyirik. Amma bir xal da bizə sərf edəcək.
BUTA.TV xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçdə yerli "Hakken" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib.
Q.Qurbanov qarşılaşmanın hər iki komanda üçün vacib olduğunu qeyd edib:
"Biz də bunu çox gözəl başa düşürük. Rəqibin özünəməxsus oyun üslubu var. Onlara qarşı həddindən artıq diqqətli olmalıyıq. İnanıram ki, futbolçular bunu bacaracaqlar. Nəticə üçün meydanda ən yaxşısını etməyə çalışacağıq".
Qeyd edək ki, oktyabrın 5-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur