Qondarma “dqr”in buraxılması Ermənistan Baş naziri Nikol Paşinyanın qələbəsi oldu.
BUTA.TV xəbər verir ki, bu barədə "Nyusvik" jurnalının məqaləsində bildirilib.
Nəşr qeyd edir ki, “dqr hökuməti"nin qurulması otuz il ərzində siyasi problem və regional inteqrasiya üçün maneə olub:
“Rusiya ilə Ermənistan arasında uzun müddətdir mövcud olan müttəfiqliyə baxmayaraq, Moskva eyni vaxtda Qarabağdan Ermənistan və Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirdi. İrəvan və ya Bakı Rusiya siyasətindən çox uzaqlaşdıqda, Moskva regiona hərbi dəstəyi artırmaq və ya azaltmaqla hədələyirdi”.
Nəşr iddia edib ki, Paşinyan “vəziyyəti dərk edərək”, Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağın Azərbaycan torpağı olmasını tanıyıb.
“Nyusvik” bildirib ki, Paşinyan Ermənistanı münaqişədən uzaq tutmağın və ölkənin müstəqilliyinin qorunub saxlanmasının vacibliyini anlayıb:
“Uzun sürən münaqişənin sonunda Ermənistanın bütün qonşuları ilə sülh münasibətləri quracağı gözlənilir. Belə sülh İrəvana Bakı və Ankara ilə əməkdaşlığı gücləndirməyə imkan verəcək ki, bu da Ermənistanın Qərbə inteqrasiyasına kömək edə bilər”.
- Hövsanın suyu kəsildi
- Bakıda güclü yanğın - Video
- Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib
- Şüvəlanda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Son 140 ilin ən yüksək temperaturu qeydə alındı
- Çingiz Əlioğlu vəfat etdi
- Tanınmış şair vəfat etdi
- Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...