Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo komanda ilə müqaviləsini 2027-ci ilə qədər uzatmaq istəyir.
BUTA.TV TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalist Əli Əl-Hərbi X sosial şəbəkəsindəki səhifəsində bildirib. Onun sözlərinə görə, Ronaldo qarşıdan gələn Avropa çempionatının seçmə oyunlarında iştirak etmək üçün Portuqaliya millisinə yola düşməzdən əvvəl istəyini klub rəhbərliyinə çatdırıb. Qeyd olunur ki, portuqaliyalı forvard DÇ-2026-da iştirak etmək üçün komanda ilə müqaviləsini uzatmaq istəyir, bundan sonra peşəkar karyerasını bitirmək niyyətindədir.
Portuqaliyalının “Əl Nəsr”lə hazırkı müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır.
Ronaldo 2022-ci ilin dekabrında “Əl-Nəsr”ə keçib. O, komandanın heyətində 31 qol vurub və klub tarixində altıncı bombardirdir. Bu göstəricidə lider Səudiyyə Ərəbistanının hücumçusu Məhəmməd əl-Səhlavidir (123 qol). Ronaldo avqust ayında “Əl-Nasr” ilə ilk dəfə Ərəb Çempionlar Kubokunu qazanıb.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi