İsrail əvvəlcə HƏMAS-la işi bitirməyə çalışacaq, sonrakı mərhələdə HƏMAS və Hizbullahı silahlandıran məntəqələri müəyyənləşdirib, oraları vuracaq. Həmin məntəqələrin bir hissəsi Suriya, digərləri İran ərazisindədir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, bu məntiqlə İsrail həm Suriya, həm də İrana zərbələr endirəcək:
“Tehran bu zərbələri cavabsız qoymayacaq, müxtəlif dövlətlərdəki radikal tərəfdarlarını İsrailə və israillilərə qarşı terror hücumlarına həvəsləndirəcək. Beləcə, toqquşmalar hələ uzun müddət davam edəcək. Bu müharibədə qalib olmayacaq, minlərlə itki və dağılan şəhərlər olacaq, beynəlxalq aləm isə yenə çarəsiz duruma düşəcək”.
- Hövsanın suyu kəsildi
- Bakıda güclü yanğın - Video
- Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib
- Şüvəlanda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Son 140 ilin ən yüksək temperaturu qeydə alındı
- Çingiz Əlioğlu vəfat etdi
- Tanınmış şair vəfat etdi
- Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...