Xəbər verdiyimiz kimi, separatçı rejimə məxsus "lider”lərin həbs olunması fonunda Vitali Balasanyanın da həbs edilməsi ilə bağlı Azərbaycan xüsusi-xidmət orqanları tərəfindən cinayət işinin başlandığı qeyd olunub.
Lakin Vitali Balasanyanın Ermənistana qaçdığı iddia olunur. Bu barədə Ermənistanın "Past” qəzeti məlumat yayıb. "Vitali Balasanyan Ermənistandadır, ürəyində ciddi problem var və hazırda həkimlərin nəzarəti altındadır. Digər təfərrüatlar hələlik məlum deyil”, - məlumatda deyilib. Bəs Balasanyan Azərbaycan tərəfindən həbs oluna bilər? Onun İrəvandan Bakıya gətirilməsi mümkündür?
Məsələ ilə bağlı danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Balasanyanın Azərbaycana təhvil verilməsi yalnız iki dövlət arasında sülh müqaviləsi imzalanacağı halda baş verə bilər:
"Birinci Qarabağ müharibəsində Azərbaycana qarşı hərbi cinayətlər törətmiş Vitali Balasanyanın həbs olunması istiqamətində addımlar atılsa da, onun həbs olunması mümkün olmadı. O, müəyyən yollarla Ermənistana qaçmağı bacardı. Digər separatçılar Arayik Arutyunyan, Ruben Vardanyan, Davit Babayan, Bako Saakyan, Arkadi Qukasyan həbs edilsə də, Vitali Balasanyan bu həbslərdən yayına bildi. Düşünürəm ki, baş verən bu həbslərlərdən xəbər tutan Balasanyan ermənilərlə birgə Ermənistana gedə bilib. Onun Azərbaycana təhvil verilməsi istiqamətində ilk növbədə Ermənistanla Azərbaycan arasında bir sülh müqaviləsi olmalıdır. Tərəflər arasında sülh müqaviləsi bağlandıqdan sonra hüquqi müstəvidə razılaşmalar olmalıdır və onun həbsi həyata keçirilməlidir.
Hesab edirəm ki, Ermənistan tərəfi onu Azərbaycana qəti şəkildə təhvil verməyəcək, yalnız Azərbaycanın təhlükəsizlik orqanları onu zərərsizləşdirə bilər. Əgər Balasanyan hansısa bir üçüncü ölkəyə getməyə cəhd edərsə, bu zaman onun həbsi mümkün olar. Düşünürəm ki, o, Ermənistan ərazisində olduğu müddətdə onun həbsi və onu mühakimə etmək mümkün olmayacaq”.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?