Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo İran qanunlarını pozduğuna görə 99 şallaq cəzası ilə üzləşib.
Bildirilir ki, portuqaliyalı Asiya Çempionlar Liqasında “Persepolis”lə oyunda iştirak etmək üçün İrana səfər edib. Ronaldo onun portretini çəkən yerli rəssamla görüşüb. Futbolçu qızı qucaqlayaraq öpüb.
İran qanunlarına görə, Ronaldonu subay şəxs tərəfindən zina etdiyinə görə 99 şallaq cəzası gözləyir. Qeyd olunur ki, hazırda əfsanəvi futbolçuya qarşı işin açılıb-açılmaması məlum deyil.
Ronaldo 2023-cü il yanvarın 2-də Səudiyyə Ərəbistanından "Əl-Nəsr"ın oyunçusu olub, klubla müqaviləyə əsasən, ildə 200 milyon avro alacaq. Portuqaliyalı və ailəsi üçün əlavə bonuslar verildiyi də bildirilir
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur