Paşinyanın bu iddiaları tamamilə mənasızdır. Çünki o kəndlərin bir çoxu sərhədimizdə yerləşir.
Bu sözləri politoloq Turab Rzayev Ermənistanın Baş naziri Nikol Paşinyanın anklavlarla bağlı səsləndirdiyi fikrə münasibət bildirərkən deyib. Politoloq Azərbaycanın Ermənistanın hansısa ərazisini işğal etmədiyini vurğulayıb:
“Bəlkə də bu kəndləri sadalamaqla bir balans yaratmağa çalışıb. Ermənistan cəmiyyətinə mesaj verir ki, baxın, bizim də onlarda eksklavlarımız var. Yəni dəyişiklik olanda narazılıq yaranmasın. Nəzərə almaq lazımdır ki, Paşinyan Azərbaycanın anklavlarla bağlı istəyinə cavabında “bizim bu kəndlərlə bağlı problemimiz var” deyib. Əlavə edib ki, bizim də Azərbaycanda qalan eksklavlarımız var. Ola bilsin, onu tam məlumatlandırmayıblar. Reallıqda belə fakt yoxdur ki, Azərbaycan hansısa erməni kəndlərini nəzarətə götürsün. Ya mövzudan xəbərsizdir, ya da manipulyasiya edir”.
Politoloq hesab edir ki, Ermənistan tərəfinin Qazaxın 7, Naxçıvanın 1 kəndini qaytarmamaq niyyəti onlar üçün yaxşı nəticələrə gətirib çıxarmaya bilər:
“Bu məsələləri Azərbaycan sülh yolu ilə həll etməyə çalışacaq. Ermənistan hansısa şəkildə burada güzəştə getməlidir. İrəvan heç bir halda razılığa gəlməsə, Azərbaycan bu məsələni dəfələrlə qaldıracaq. Bu, vasitəçilər qarşısında da müzakirə mövzusu olacaq. Əgər sülh danışıqlarında heç bir nəticəyə gəlməsək, hansısa lokal əməliyyatlar da gələcək perspektivdə istisna edilmir”.
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?