Erməni jurnalist Tatul Akopyan Arayik Arutyunyanın saxlanılmasının bəzi təfərrüatlarını açıqlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə o, “Telegram” hesabında məlumat yayıb. Jurnalistin sözlərinə görə, Arutyunyan səhmdarlarından biri olduğu Xankəndi konyak zavodunda saxlanılıb: "DTX-nin xüsusi təyinatlı dəstəsi onu Tumanyan küçəsində yerləşən zavodda həbs edərək Bakıya aparıb”, - o, yazıb.
Akopyanın bu iddiası sosial şəbəkələrin erməni seqmetində müzakirələrə səbəb olub. Xankəndidən könüllü köçmüş ermənilər müzakirələr zamanı bəzi gizli məqamlara aydınlıq gətiriblər. Onlar Araikin gizləndiyini təsdiqləsələr də, ehtiyat tədbirlərinə yetərincə diqqət ayırmadığını bildiriblər. Arutyunyanın gizləndiyi məkandan tez-tez yaxın silahdaşlarına telefon açdığı və şəhərdəki son durumla bağlı onlardan məlumat aldığına dair iddialar var. Vaxtilə Araiklə eyni küçədə yaşamış ermənilər Rusiya sülhməramlılarının onu öz qanadları altına alacağına inandığı üçün təhlükəsizlik tədbirlərinə xüsusi önəm vermədiyini vurğulayıblar.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?