Rusiya Bakı ilə İrəvan arasında danışıqların bərpasına yardım etməyə hazırdır, bunu Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bilir.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Mən bu gün bu barədə danışdım. Dedim ki, biz sülh sazişinin bağlanması ümidi ilə dinc danışıqların bərpasına hazırıq və kömək edəcəyik. Və təklif etdilər ki, bütün həmkarlar Moskvada toplaşsınlar. Baş nazir Paşinyanın bundan xəbəri var, mən ona dedim. Azərbaycan prezidenti də məlumatlıdır”, - o bildirib.
Putin vurğulayıb ki, indi, onun fikrincə, sülhlə bağlı heç bir problem olmamalıdır:
“Mənə elə gəlir ki, bu, tamamilə mümkündür, indi, Qarabağ hadisələrindən sonra sülh müqaviləsinin bağlanmasına mane ola biləcək hər hansı problem görmürəm.
Sərhədlə bağlı, məncə, sırf texniki xarakterli məsələlər var: demarkasiya, delimitasiya. Bunlar texniki məsələlərdir. Orada bir istiqamətə yüz metr, o biri tərəfə bir kilometr – bu, artıq vacib deyil. Hər iki tərəfin xoş niyyəti ilə bütün bunları etmək olar və bir vaxtlar razılaşdığımız kimi, ticarət-iqtisadi əlaqələri, infrastruktur layihələrini inkişaf etdirmək üçün növbəti addımlar atıla bilər”.
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı