Portuqaliyanın futbol millisinin hücumçusu Kriştianu Ronaldu Almaniyada keçiriləcək AVRO-2024-də oynayacağına ümid etdiyini bildirib.
BUTA.TV-nin məlumatına görə, bu barədə “Record” xəbər verir. “Artıq məqsədimizə nail olmağımız təsadüfi deyil. Ümid edirəm ki, hələ çox uzaqda olsa da, AVRO-2024-də oynayacağam. Ümid edirəm, heç bir zədə və ya başqa çətinliklərim olmayacaq”, - Ronaldu bildirib. AVRO-2024-ün seçmə mərhələsində Portuqaliya Slovakiyaya qalib gəlib.
Qaliblərin heyətində Qonsalu Ramuş və dubla imza atan Kriştiano Ronaldu da var. Slovakiya yığmasının heyətində David Qancko və Stanislav Lobotka fərqlənib. Portuqaliya millisi hazırda 21 xalla qrupda birinci, Slovakiya 13 xalla ikinci yerdədir.
Növbəti mərhələdə Portuqaliya Bosniya və Herseqovina, Slovakiya Lüksemburqla qarşılaşacaq.
- Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır - Əli Əhmədov
- Hüseynzadə ABŞ-ın NATO-dakı nümayəndəsi ilə görüşdü
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər nə vaxt bitir?
- Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi
- Rusiya ilə gərginliyin səbəbkarı... – Şəfiyev
- Sülh sazişinin paraflanması... - Prezident
- Bakıda mühüm forum keçirilir
- Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...