Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndidə bayrağımızı ucaltmasına radikal müxalifətin bəzi nümayəndələri “xəsis” paylaşımla da olsa, reaksiya veriblər.
BUTA.TV xəbər verir ki, onlardan biri də Milli Şuranın Koordinasiya mərkəzinin üzvü, AXCP sədri Əli Kərimlinin yaxın adamı Gültəkin Hacıbəylidir. Bu, həmin Gültəkin Hacıbəylidir ki, açıqlamalarında, çıxışlarında tez-tez “hakimiyyətin Qarabağ kimi dərdi yoxdur” fikrini səsləndirirdi. İndi artıq onun da bir arqumenti qalmayıb.
Xankəndidə bayrağımızın ucaldılması kimi tarixi bir günə Hacıbəylinin reaksiyası aşağıdakı kimi olub:
“Gözəllərin ən gözəli üçrəngli bayrağımız Xankəndi səmasını şərəfləndirdi! Gözümüz aydın olsun! Bu xoşbəxtliyi bizə yaşadan əziz Şəhidlərimizin ruhu şad olsun!”
- Masallının iki kəndində qaz olmayacaq
- Rezidenturaya qəbul imtahanı keçirildi
- Boz torağayın nəğməsi susdu, yarım əsrlik sükut pozuldu...
- Tovuzda yaşayış evi yandı: xəsarət alan var
- Kür və Arazda bir gündə iki nəfər batdı
- Güclü külək əsəcək – Xəbərdarlıq edildi
- Hövsanın suyu kəsildi
- Bakıda güclü yanğın - Video