Bakının təklifi: 5 ölkə razıdır, İrəvan yox

12:42 - 16 Oktyabr 2023 - SİYASƏT

 Bakının təklifi: 5 ölkə razıdır, İrəvan yox

Ermənistan zəif, Azərbaycan isə güclüdür. Ermənistan hökmdarlarının sayəsində məğlub oldu, bu da bizi belə vəziyyətə gətirib çıxardı. İndi bu reallığı nəzərə almalıyıq və təbii ki, danışıqlar zamanı zəifin hesabına güclüyə daha çox yer verilir. Bəli, biz zəifik, Azərbaycan güclüdür.

BUTA.TV xəbər verir ki, bunu erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Ayk Nahapetyan deyib.

“Paşinyanın ziddiyyətli fikir və bəyanatlarına baxmayaraq, ona kifayət qədər ciddi baxırıq. Odur ki, Paşinyanın açıqlamalarını əsas götürməməliyik, etiraf edək ki, Cənubi Qafqazdakı 3 əsas oyunçu (Türkiyə-Rusiya-İran - red.) regionda sabitliyin qorunub saxlanması ilə bağlı konsensusa gəlib və buna uyğun olaraq 3+3 formatı ilk növbədə regionda sabitliyin təminatıdır. Bəli, bu ölkələr arasında ziddiyyətlər var, lakin bu ziddiyyətlər danışıqlar yolu ilə həll olunur. Yeri gəlmişkən, Azərbaycan və Gürcüstan da 3+3 formatının tərəfdarıdır, Ermənistan isə əleyhinədir. İndi təsəvvür edək ki, regionumuzun bu formatda aktor olan və regional proseslərə ciddi təsir göstərən beş dövləti razılaşır, lakin Ermənistan bunun əleyhinədir. Sizcə, Ermənistan udacaq, yoxsa uduzacaq? Təbii ki, uduzacaq. Bu aydındır. Horadiz-Mehri-Ordubad-Arazdəyən dəmir yolunun bərpası üçün yollar açılsa, Ermənistanın çox sərfəli mövqedə qalacağını düşünürəm. Ermənistan tranzit ölkəyə çevrilə bilər. Açılmalı olan və ya yeni tikilməli olan kommunikasiyalarda isə Ermənistan iştirak etməlidir”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol