Noyabrın sonuna yaxın ölkəmizdəki mağazalar da "Qara Cümə” keçirərək, xüsusi endirimlər etdiklərini deyəcəklər. Bəziləri isə Avropadan fərqli olaraq, Azərbaycandakı qara cümənin fırıldaq olduğunu iddia edirlər.
Bəs görəsən, “Qara cümə”də paytaxt mağazalarına getməyə dəyərmi və bu gündə endirim nə dərəcə realdır? Məsələ ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu cür endirim kampaniyaları biznes qurumlarının tələsidir: “İstər Amerika, istər Avropa, o cümlədən, digər məkanlarda biznes qurumu bütün hallarda istehlakçıları tələyə salmaq üçün çoxlu fəndlərdən istifadə edir.
Çoxsaylı bayramlar biznes qurumlarının tələsidir; 8 Mart, Sevgililər günü, Qara cümə günü, endirim kampaniyalarında və s. əsas məqsəd alıcıları qapıdan içəri salmaqdır. Və bütün hallarda biznes qurumları heç vaxt, heç nə itirmirlər, hətta əksinə, qazanc əldə edirlər. Bunu isə guya “Qara cümə” günü elan edib pis olurlar.
Yəni mən Beynəlxalq İstehlakçı Təşkilatının bir nümayəndəsi olaraq bunu deyirəm. Bu problem bütün dünya ölkələrində mövcuddur. Satışdan çıxarılmış mallar, barter yolu ilə alınmış və hal-hazırda satılmayan mallar həmin günlərdə reallaşdırılır, endirimə qoyulur və satışın çox olması ilə üstünlük qazanırlar”.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Ekspert bu günlərdə alıcıları ikiqat diqqətli olmağa səsləyib:
“O cümlədən, bu hadisə nəinki tək Azərbaycanda eyni zamanda, başqa ölkələrdə də baş verir. Belə hallarda keyfiyyətsiz məhsulların əsasən insanlara sırınması baş verir.
Bəzən bu cür endirim günlərində əcaib hallar da yaşanır. Məsələn, alıcı məhsulu qaytarmaq istədikdə satıcı deyir ki, qaytara bilmərik, çünki sən bu məhsulu “Qara Cümə” endirim günündə almısan. Bu isə qanuna ziddir.
Yəni alıcılar həmin gün biznes qurumlarının “Qara cümə” günü elan etməsinə aldanmasınlar. Mal seçimində ehtiyyatlı və diqqətli olsunlar. Çalışsınlar ki, aldadılmasınlar.
Bu endirimlər istehlakçıları mağazanın qapısından içəri salmaq üçün mənim belə bilmədiyim yüzlərlə fəndlərdən biridir. Hər bir halda, alıcılar diqqətli olsunlar. Bu cür endirim günlərində alış-veriş edərkən mütləq məhsulun çekini götürsünlər. Əgər mürəkkəb texniki cihaz alırlarsa, onun bütün düymələrini basıb yoxlasınlar, işlədiyindən əmin olsunlar. İnsanlar düşünməsin ki, o cür basabasda onlara mütləq yaxşı mal veriləcək. Bu günlərdə ehtiyyatlı olmaq vacibdir”.
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou
- Prezidentdən qərar: Bu agentlik ləğv olunur
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı