Ermənistan Baş nazirinin Avropa Parlamentində isti və səmimi qarşılanması təsdiqləyir ki, onun simasında yeni Zelenski görürlər.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin “Ermənistan” fraksiyasından olan deputatı Armen Rüstəmyan deyib.
O bildirib ki, Avropa siyasəti belədir – Paşinyan onların maraqlarına cavab verdiyi müddətcə alqışlanacaq:
“Nikol Paşinyanı orada (AP-də) ayaqda sürəkli alqışlarla qarşıladılar, buna qədər yalnız Zelenski belə alqışlanmışdı. Başqa sözlə, aydın olur ki, regionumuzda onlar bizim üçün yeni kədərli nəticələri ilə yeni Zelenski görürlər”.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Rüstəmyan ölkənin xarici siyasətini “tam biabırçılıq” adlandırıb:
“Hazırda İrəvanın nə gündəliyi, nə də doktrinal əsası var. Bu gün rusiyayönlü, sabah qərbyönlü mövqedən danışmaq olmaz. Bu yolla bütün tərəfdaşlarınızı və müttəfiqlərinizi itirə bilərsiniz. Elə təəssürat yaranır ki, onlar xarici siyasətlə məşğuldurlar, ancaq əsas dövlət maraqları gündəmdə deyil.
Strasburqda onların xoşuna gələni söyləyin, Moskvaya gedin və Moskvaya uyğun gələni söyləyin; Tehran və Vaşinqtonda da bunu edin. Bu yolla biz bütün mümkün dostlarımızı itirəcəyik”.
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou
- Prezidentdən qərar: Bu agentlik ləğv olunur
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı