Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Avropa Parlamentinə çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı əvvəlki mövqeyindən kifayət qədər fərqlənən fikirlər səsləndirib.
Baş nazir deyib ki, ora sülh mesajı ilə gəlib və sülh gündəmini davam etdirmək niyyətindədir. “Ermənistan Meğri dəmir yolunu bərpa etməyə, magistral yol çəkməyə, prosedurları sadələşdirməyə, təhlükəsizliyi təmin etməyə hazırdır, lakin ekstraterritorial dəhliz vermək niyyətində deyil”, - Paşinyan bildirib.
Xatırladaq ki, buna qədər rəsmi İrəvanın mövqeyi ümumi şəkildə kommunikasiyaların bərpası ilə bağlı idi. Paşinyan bəyan edib ki, öz ərazisində Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycana xüsusi statuslu dəhliz vermək niyyətində deyil. Dünən isə Baş nazir Azərbaycanla Naxçıvanı birləşdirəcək avtomobil yolu və dəmir yolu ilə hərəkətin sadələşdirilmiş prosedurlar əsasında olacağını bildirib. Bununla belə Paşinyan yolun təhlükəsizlik məsələsinin Ermənistanın nəzarətində olacağını deyib.
Maraqlıdır, Ermənistanın mövqeyi niyə dəyişib?
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Bu suala cavab axtarmaq üçün ötən həftələrdə regionda cərəyan edən hadisələrə baxmağa ehtiyac var.
Sentyabrın 25-də Naxçıvana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan rəhbərliyini Zəngəzur dəhlizini açmağa çağırdı. Bildirdi ki, İrəvan bu şansı dəyərləndirməlidir. Türkiyə Prezidenti nəzərə çatdırıb ki, artıq İrandan Zəngəzur dəhlizinin açılması ilə əlaqədar müsbət siqnallar gəlib: “Bu strateji dəhlizdir və regionun dövlətlərinin iqtisadi maraqlarına cavab verir. Buna görə də bu dəhlizin fəaliyyətə başlaması üçün lazım olan tədbirləri tez bir zamanda həyata keçirmək lazımdır”.
Bu bəyanatdan qısa müddət sonra - oktyabrın 6-da isə Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb. Bu yol perspektivdə Zəngəzur dəhlizinə alternativlərdən biri kimi nəzərdə tutulur.
Qeyd edək ki, Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhlizdir. Uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttində işlərin 40 faizi tamamlanıb və bu dəmir yolu bu dəhlizin tərkib hissəsidir. SSRİ dövründə bu dəmir yolu xətti ilə təqribən 10 milyon ton yük ötürülüb.
Azərbaycan Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəni yaratmaqda qərarlıdır, bu layihəyə Türkiyənin də ciddi dəstəyi var. İranın Zəngəzur dəhlizinə müqavimət göstərməsinin əsas səbəblərindən biri də Orta Dəhlizin bir hissəsi olaraq Azərbaycanı Türkiyə ilə birləşdirəcək bu vacib infrastrukturun onun ərazisindən keçməsi marağı ilə bağlıdır.
Belə görünür, Paşinyan Ermənistanın növbəti dəfə regionda gerçəkləşdirilən mühüm beynəlxalq layihədən kənarda qalacağını anlayıb. Onun Azərbaycana reveranslar etməsi Zəngəzur dəhlizinin o qədər də uzaq olmayan perspektivdə işə düşəcəyinə şübhə yeri qoymur.
Prezident İlham Əliyev də sentybarın 17-də Füzulidə çıxışında buna əmin olduğunu vurğulayıb: “Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq”.
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...
- Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou
- Prezidentdən qərar: Bu agentlik ləğv olunur
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!
- COP29-da mühüm razılıq əldə olundu