Ödənişli olacaq Bakı-Quba-Rusiya dövlət sərhəddi yeni avtomobil yolu yaxın vaxtlarda istifadəyə veriləcək.
BUTA.TV xəbər verir ki, bu yolda giriş-çıxış nöqtələri ilə yanaşı, sürücülərə yol boyu əlavə 4 yerdə də giriş-çıxış imkanları veriləcək. Avtomobil yolları dövlət agentliyinin sözçüsü Anar Nəcəfli deyir ki, başlanğıcını Hacı Zeynəlabdin Tağıyev qəsəbəsindən götürən yolda sürücülər 23-cü km-də Giləzidən, 53-cü km-də Siyəzəndən, 85-ci km-də Gəndobdan, 107-ci km-də isə xaçmazdan giriş və ya çıxış edə biləcəklər. Onlar avtomobillərinə və getdikləri məsafəyə uyğun ödəniş edəcəklər. Məlumata görə, yolda radar da olmayacaq. Yəni sürücülərin sürətli və rahat hərəkəti üçün hər cür şərait yaradılacaq.
Həmçinin, sürücülərin avtomobili saxlayıb ödəniş etmələrinə də ehtiyac yoxdur. Bu sistem də avtomatlaşdırılır.
Anar Nəcəfli deyir ki, yoldan istifadə edənlər xüsusi kartlar əldə edəcəklər. Onların balansını isə onlayın artırmaq mümkün olacaq. Bakı-Quba-Rusiya dövlət sərhəddi yeni avtomobil yolunun ümumi uzunluğu 150 km-dir. Həmin yolun 129 km-lik hissəsinin ödənişli olması nəzərdə tutulur. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib
- Nazirlik Çingiz Əlioğlunun vəfatı ilə bağlı məlumat yaydı
- Motosikletçilərə qarşı reyd keçirildi
- Masallının iki kəndində qaz olmayacaq
- Rezidenturaya qəbul imtahanı keçirildi
- Boz torağayın nəğməsi susdu, yarım əsrlik sükut pozuldu...
- Tovuzda yaşayış evi yandı: xəsarət alan var
- Kür və Arazda bir gündə iki nəfər batdı
- Güclü külək əsəcək – Xəbərdarlıq edildi