Rusiya Türkiyənin İsrail-Fələstin münaqişəsinin tərəfləri üçün qarant ölkələr sistemi yaratmaq təşəbbüsünü müzakirə etməyə və nəzərdən keçirməyə hazırdır. Moskva və Ankara bu məsələdə təmasdadır.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pxenyanda jurnalistlərə açıqlamasında deyib.
“Biz istənilən konstruktiv təklifləri müzakirə etməyə hazırıq. Ötən gün eşitdiyim bu təşəbbüs açıq şəkildə deeskalasiyaya nail olmaq və vəziyyəti normallaşdırmaq istəyinin diktəsidir. Türkiyənin təşəbbüsü hər iki tərəf üçün maraqların tarazlığını təmin etmək istəyindən irəli gəlir. Biz bunu nəzərdən keçirmək üçün əməkdaşlığa hazırıq”, - o bildirib.
- Nazirlik Çingiz Əlioğlunun vəfatı ilə bağlı məlumat yaydı
- Motosikletçilərə qarşı reyd keçirildi
- Masallının iki kəndində qaz olmayacaq
- Rezidenturaya qəbul imtahanı keçirildi
- Boz torağayın nəğməsi susdu, yarım əsrlik sükut pozuldu...
- Tovuzda yaşayış evi yandı: xəsarət alan var
- Kür və Arazda bir gündə iki nəfər batdı
- Güclü külək əsəcək – Xəbərdarlıq edildi