Müflis elan olunmuş “Muğan Bank”da qorunan əmanətlərin həcmi 216,7 milyon manat təşkil edir.
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.
Millət vəkilinin sözlərinə görə, əmanətlərlə yanaşı, fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə 20 min manatadək vəsaiti və notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləri tam məbləğdə qaytarılacaq:
“Kompensasiya almaq üçün əmanətçi Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) yazılı ərizə ilə müraciət etməlidir. Əmanətçinin şəxsiyyət vəsiqəsiylə yanaşı əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə ərizə ilə birlikdə təqdim olunmalıdır. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni də təqdim etməlidir.
Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
ƏSF vətəndaşın ərizəsini qəbul etdiyi gündən ən geci 90 gün ərzində vəsaitin ödənilməsini həyata keçirir. Müstəsna hallarda bu müddət daha 90 günədək uzadıla bilər. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir”.
Bayramovun sözlərinə görə, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyuta üzrə isə həmin əmanətlərin valyutasında ödənilir:
“Xarici valyutada olan əmanətlər dollar və ya avroda olmadıqda isə kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Yəni əmanət rubl ilə yerləşdirilibsə, onda həmin vəsaitin manat ekvivalenti və daha sonra çarpaz olaraq dollar məzənnəsi nəzərə alınmaqla ödəniş həyata keçirilir.
Bütövlükdə, “Muğan Bank”da sığortalanmış əmanəti olan hər bir şəxs öz vəsaitini tam olaraq geri ala biləcək. Buna görə də pulunuzu banklarda sığortalanmış əmanət kimi saxlamağınız tövsiyə olunur”.
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!