Azərbaycanlı model Rövşanə Kərimova (Təhminə) ilə bağlı şok faktlar ortaya çıxıb. Modelin anası "Elgizlə izlə" verilişinə müraciət edərək Rövşanənin hazırda narkotik istifadə etdiyini, küçələrdə qalıb dilənçilik etdiyini deyib:
Anası modelin çoxlu evləri olduğunu və hamısını satdığını da bildirib. İnsanları “ağ ölüm”ə aparan narkomaniya bütün dövrlərdə həyat və cəmiyyət üçün ən böyük təhlükə sayılıb. Təəsüflər olsun ki, saysız-hesabsız insanların həyatına son qoyan narkomaniyaya aludə olanların sayı günü-gündən artır. Hətta məşhurlar da bu bəladan yan keçə bilmir. İndiyə kimi Hüseyn Dərya, Elşad Xose, Anar Nağılbaz, Mahir Cürət, Bayram Kürdəxanılı, Aydın Xırdalanlı və digər məşhurlar da ayrı-ayrı vaxtlarda bu mərəzə düçar olublar.
Bəs görəsən, narkomaniya insanın cinsindən, sosial mənşəyindən, maddi durumundan, cəmiyyətdəki mövqeyindən asılıdırmı?
Məsələ ilə bağlı Yenisabah.az-a asılılıq üzrə mütəxəssis, psixoterapevt, Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev danışıb.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
O, narkomaniya bəlasına gender prizmasından yanaşmağın doğru olmadığını bildirib. Psixoloq bunun xroniki beyin xəstəliyi olduğunu vurğulayıb:
“Biz məsələyə ümumi prizmadan yanaşmalıyıq, burada gender faktoru elə də önəmli rol oynamır. Təcrübəyə baxanda görürük ki, Avropa ölkələrində istənilən sayda məşhur xanım narkotikə qurşanıb və bundan dünyasını dəyişib. Bu məsələdə coğrafiyanın da böyük əhəmiyyəti var. Milli-mənəvi dəyərlər, mentalitet, adətlər, insanların baxış bucağı kimi məsələlər xanımların bu məsələdə arxa planda qaldığını ortaya qoyur. Xanımlar arasında narkotik istifadə edənlər olsa da, cəmiyyətdə çox müşahidə olunmayıb, onlar diqqət mərkəzində olmayıb. Lakin illər keçdikcə təkcə Azərbaycanımızın yox, qlobal problem olmaq yolunda narkomaniya da sürətli şəkildə irəlilədiyinə görə, artıq biz də narkotikdən, alkoqoldan, psixotrop maddələrdən əziyyət çəkən, dünyasını dəyişən xanımlarla tez-tez rastlaşırıq.
Ümumiyyətlə, narkomaniya xroniki beyin xəstəliyidir. Bu, şəxsin bəy, yoxsa xanım olmasına baxmır. Ona görə, bu məsələyə gender deyil, insan prizmasından yanaşmağımız daha doğru olar”.
Ekspert bildirib ki, narkotikdən asılılıq həmçinin maddi vəziyyətlə də əlaqəli ola bilir:
“Bu məsələdə maddiyatın da rolu olur. Müəyyən məsələlərdə baxırıq ki, maddələrə yönələn insanlar iki meyarla yönəlirlər: Həm bundan həzz almaq, həm də problemləri unutmaq, onlardan uzaqlaşmaq üçün. Bu prizmadan yanaşsaq, maddiyyat da önəmli tutula bilər. İnsanlar pulsuzluq ucbatından daha çox depressiv əlamətlərdən əziyyət çəkirlər. Və qısamüddətli həll kimi çıxış yolunu maddədə axtarırlar. Amma beyin düşünmür ki, bu, qısamüddətlidir. Bu, insana sonradan uzunmüddətli problem yaradan davranışdır. Bəzi şəxslər maddi problem yaşamadığı, əksinə, zəngin olduğu üçün maddəyə müraciət edə bilir. Bu isə şəxsin individual xüsusiyyətlərinə görə dəyişir. Burada insanları konkret olaraq kateqoriyalara bölə bilmərik. Maraq dairəsinə, dünyagörüşünə, İQ səviyyəsinə, təcrübəsinə uyğun olaraq insanların maddəyə yönəlmə metodları fərqlidir”.
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...
- Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou
- Prezidentdən qərar: Bu agentlik ləğv olunur
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!