Hicab qaydalarına əməl etmədiyi üçün İran polisi tərəfindən döyülən iranlı yeniyetmə qız beyin ölümü keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb. “Həkimlərin səylərinə baxmayaraq, Armita Geravənd beyin ölümü” keçirib”, - məlumatda qeyd olunub.
Məlumata görə, Armita Geravənd adlı qız oktyabrın əvvəlində Tehran metrosunda polisin hücumuna məruz qalıb.
Qeyd edək ki, Norveçdə yerləşən “Hengav” insan hüquqları təşkilatı Geravəndin polis tərəfindən hücuma məruz qaldıqdan sonra komaya düşdüyünü yazmışdı. Təşkilatın əməkdaşı Ayaver Şehinin sözlərinə görə, qadın “əxlaq polisləri” “Şühəda” metro stansiyasiyasında Geravəndə yaxınlaşaraq, ondan hicabını düzəltməsini tələb ediblər:
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
“Mübahisələrdən sonra polislər qıza fiziki təzyiq göstəriblər”.
“İranVire” müxalif şəbəkəsi də yeniyetmə qızın kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirildiyi barədə məlumat vermişdi.
- Maduro həbsxanadan fotosunu paylaşdı
- Putin yenə bizi məğlub etdi - Ferlinqer
- Antalyada meşəlik ərazidə güclü yanğın baş verdi
- Pezeşkian sabah bu türk ölkəsinə səfər edəcək
- Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
- Husilər Səudiyyə qüvvələrinə zərbələr endirdilər
- İran 30 gəminin Hörmüzdən keçməsinin qarşısını aldı
- Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı