Kreml ABŞ Prezidenti Co Baydenin dünyanın yeni nizama ehtiyacı olduğu barədə sözlərini dəstəkləyir, lakin Moskva belə bir nizamın Vaşinqton tərəfindən qurula biləcəyi ilə razılaşmır.
BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz cənab Baydenlə tamamilə razıyıq. Bu, onun dedikləri ilə tamamilə razı olduğumuz nadir haldır. Həqiqətən də dünyanın tamamilə fərqli prinsiplərə əsaslanan yeni dünya nizamına ehtiyacı var. Bu dünya nizamı bütün idarəetmə mexanizmlərini bir dövlətin əlində cəmləşdirmək, öz iradəsini və qərarlarını başqa ölkələrə sırımaq cəhdlərindən azad olmalıdır. Əksinə, qaydalara deyil, beynəlxalq hüquqa əsaslanan, qarşılıqlı hörmət, qarşılıqlı fayda, bir-birinin daxili işlərinə qarışmamağa əsaslanan dünya nizamı olmalıdır. Onlar ABŞ mərkəzli dünya nizamını nəzərdə tuturlar. Yəni ABŞ ətrafında fırlanan dünya. Artıq belə olmayacaq”, - Peskov bildirib.
- Hörmüz boğazı ilə bağlı layihəni - İran təsdiqlədi
- Nazirlik Çingiz Əlioğlunun vəfatı ilə bağlı məlumat yaydı
- Motosikletçilərə qarşı reyd keçirildi
- Masallının iki kəndində qaz olmayacaq
- Rezidenturaya qəbul imtahanı keçirildi
- Boz torağayın nəğməsi susdu, yarım əsrlik sükut pozuldu...
- Tovuzda yaşayış evi yandı: xəsarət alan var
- Kür və Arazda bir gündə iki nəfər batdı