Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı qondarma qurumun ləğvi ilə bağlı “fərman”ın mətni ilə şəxsən tanış olub.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Paşinyan özü “dqr prezidenti” Samvel Şahramanyanı sentyabrın 19-20-də eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə və Azərbaycanın bütün tələbləri ilə razılaşmağa çağırıb:
“Azərbaycanlılar “dqr”in buraxılması, silahların təhvil verilməsi tələblərini çatdıranda Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan və onun vasitəçiliyi ilə Paşinyanla telefon danışığı aparıb. Baş nazir Bakının bütün tələblərini yerinə yetirməyə və döyüşlərin Ermənistan ərazisinə keçməsinin qarşısını almağa çağırıb”.
- Kəlbəcər-Laçın yolu belə inşa edilir - Video
- Hörmüz boğazı ilə bağlı layihəni - İran təsdiqlədi
- Nazirlik Çingiz Əlioğlunun vəfatı ilə bağlı məlumat yaydı
- Motosikletçilərə qarşı reyd keçirildi
- Masallının iki kəndində qaz olmayacaq
- Rezidenturaya qəbul imtahanı keçirildi
- Boz torağayın nəğməsi susdu, yarım əsrlik sükut pozuldu...
- Tovuzda yaşayış evi yandı: xəsarət alan var