Öhdəliklərə zidd olaraq son 3 il ərzində Azərbaycan ərazisindən çıxarılmayan qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suveren ərazilərinə nəzarəti tam olaraq təmin etməsindən sonra, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin qısa müddətdə razılaşdırılması üçün real şanslar var.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edərkən bildirib.
Görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar, eləcə də Tehranda “3+3” regional platforması çərçivəsində keçirilmiş görüşün nəticələri müzakirə olunub.
Qarabağın erməni sakinlərinin Azərbaycanın qanunvericiliyi çərçivəsində ölkəmizin ərazisində Azərbaycan vətəndaşı kimi yaşaması üçün bütün imkanların yaradıldığı, bunun üçün reinteqrasiya məqsədilə müvafiq portalın fəaliyyət göstərdiyi qeyd edilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
- Zəfər Andı: Qəhrəmanlıq, vətənpərvərlik, birlik gecəsi - Foto
 - Rəsmi Bakıdan UNESKO-nun bu qərarına reaksiya
 - Paşinyan hakimiyyətdə qalmalıdır, əks təqdirdə... - Oqtay
 - Həbs edilən icra başçıları şərik çıxdı
 - AXCP və Müsavat siyasi səhnədən niyə getməlidir?
 - Bu şəhərdə qan su yerinə axır: Rusiya 120 min əsgər itirdi
 - İlham Əliyevin bu açıqlamasına İrəvandan reaksiya
 - Ermənistan nümayəndələri Azərbaycana gedəcək - Qriqoryan