UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.
BUTA.TV xəbər verir ki, A qrupunda mübarizə aparan "Qalatasaray" Türkiyədə Almaniya nəhəngi "Bavariya"nı qəbul edib. "Rams Park" stadionunda keçirilən görüş qonaqların qələbəsi ilə başa çatıb - 3:1.
Hesabı 8-ci dəqiqədə Münhen təmsilçisinin futbolçusu Kinqsli Koman açıb. 30-cu dəqiqədə Mauro İkardi penaltidən vurduğu qolla tarazlığı bərpa edib. 73-cü dəqiqədə Harri Keyn ikinci topu İstanbul təmsilçisinin qapısından keçirib. 79-cu dəqiqədə isə Camal Musiala "sarı-qırmızılılar"ı üçüncü dəfə cəzalandıraraq yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 9-a çatdıran "Bavariya" qrupda liderliyini qoruyub. 4 xalı olan "Qalatasaray" isə 2-ci pillədə qalıb. Bu qrupun digər matçında "Mançester Yunayted" İngiltərədə Danimarka "Kopenhagen"i ilə qarşılaşacaq.
D qrupunda isə "İnter" İtaliyada Avstriya "Zaltsburq"unu 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, günün digər oyunları Bakı vaxtı ilə saat saat 23:00-da başlayacaq.
- Niger parlamentinin sədri Bakıya gəldi
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava