Rusiyanın Ermənistanla siyasi münasibətləri açıq-aydın həyəcanverici sürətlə enişə doğru gedir. Müqayisə üçün deyək ki, Azərbaycanla əksinə, münasibətlər ancaq inkişaf edir. Qarabağ ətrafındakı vəziyyətdə isə Rusiya baş verən hər şeyi qəbul etdi. Əsas sual odur ki, Rusiya-Ermənistan münasibətlərindəki tənəzzül hansı səviyyəyə çatacaq?
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin keçmiş müavini (1990-1991), politoloq Andrey Fyodorov deyib.
“Paşinyanın MDB Şurasına gəlməməsi, görünür, labüd olaraq ortaya çıxacaq sualla - Ermənistanın KTMT-də gələcək iştirakı ilə müqayisədə xırda məsələdir. Ermənistan rəhbərliyindən İrəvanın Qərbin dəstəyi ilə ölkənin təhlükəsizlik sistemini yenidən qurmaq niyyətində olduğuna dair siqnallar var. İrəvanla Paris arasında bağlanan hərbi saziş yalnız başlanğıcdır. Daha ciddi bir razılaşma üzərində iş gedir - ABŞ-la strateji sənəd. Beləliklə, Ermənistanın bu cür tendensiyalar və atdığı addımlarla KTMT-də qalması mümkünsüz görünür. İrəvanın hələ də “bunu etməyə dəyərmi” deyə düşünməyə vaxtı var. Ermənistanın özü də başa düşmür ki, gördüyü iş xeyirli, yoxsa zərərlidir”, - o bildirib.
- Hörmüz boğazı ilə bağlı layihəni - İran təsdiqlədi
- Nazirlik Çingiz Əlioğlunun vəfatı ilə bağlı məlumat yaydı
- Motosikletçilərə qarşı reyd keçirildi
- Masallının iki kəndində qaz olmayacaq
- Rezidenturaya qəbul imtahanı keçirildi
- Boz torağayın nəğməsi susdu, yarım əsrlik sükut pozuldu...
- Tovuzda yaşayış evi yandı: xəsarət alan var
- Kür və Arazda bir gündə iki nəfər batdı