Qarabağla bağlı Qərbdən nə alınmalı idisə, Əliyev onu aldı, indi Zəngəzurdan almaq istəyir və Qərb platformalarında bunu edə bilmir. Bu mənada Əliyevin oradan heç nə qazanacağı yoxdur, ona görə də görüşə getmədi.
BUTA.TV xəbər verir ki, belə bir iddia ilə “Ermənistan” fraksiyasından olan deputat, Xarici əlaqələr komitəsinin sədr müavini Armen Rüstəmyan Brüsseldə oktyabrın sonunda keçirilməsi gözlənilən Əliyev-Mişel-Paşinyan görüşünün vaxt azlığı səbəbindən baş tutmamasını şərh edərkən deyib.
Rüstəmyanın fikrincə, Əliyev istədiyini əldə etmək üçün noyabrın 10-da elan edilən bəyanatdan başqa, digər üçtərəfli razılaşmalara arxalanacaq. Deputatın sözlərinə görə, Əliyev 5 tələb ilə “sülh müqaviləsi”ni imzalamağa çalışır:
“Onun tələblərinin 5 istiqaməti var: Azərbaycanın istədiyi şərtlərlə delimitasiya və demarkasiya, bura Ermənistan ərazisinin 29800 kvadrat kilometr olmasını qəbul etmək daxil deyil, yeri gəlmişkən, rəsmi Bakı heç vaxt Ermənistan ərazisini tanıdığını deməyib; Anklavlar məsələsi var ki, onun vasitəsilə Azərbaycan bizim strateji yollarımıza nəzarəti ələ keçirəcək; Əliyev təcavüzkar Ermənistanın həmin əraziləri işğal etdiyini açıqlayacaq. Bu gün onlar təzminatı 100 milyard dollar civarında qiymətləndirirlər, bu, əlbəttə ki, yekun rəqəm deyil.
İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
Bütün bunlarla yanaşı, qaçqınların Ermənistana qayıtması məsələsi də gündəmə gələcək və bu, Ermənistan üçün ciddi demoqrafik problemlər deməkdir. Əliyev Ermənistanın 1988-ci ilə qədər azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinə yenidən geri qaytarılmasını tələb edəcək. Ermənistanda azərbaycanlıların yaşamadığı yer demək olar ki, yoxdur; Nəhayət, Ermənistanın tələb etdiyi, Əliyevin fikrincə, dövlətlərarası yol statusuna malik olmayan, erməni tərəfinin təklif etdiyi yol”.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?