Ermənistan Rusiyanın təsir dairəsindən uzaqlaşmaq planı qurarkən İrəvanda “bəs Rusiya Ermənistana nəql etdiyi qazı kəsərsə, nə edəcəyik” sualı dolaşır. Tiflisdə keçirilən dördüncü İpək Yolu Forumunda çıxış edən Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan Azərbaycandan qaz almağa “hazır olduqlarını” bildirib. Bu Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni gedişidir. Paşinyan forumdakı çıxışında “Sülh qovşağı” təklifini də irəli sürüb. Təklifin mahiyyəti bölgə ölkələri arasında kommunikasiya yollarının açılmasıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri poolitoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Azərbaycanın nəzəri cəhətdən Ermənistana həm qaz satması, həm də Ermənistanın da içində olduğu regional nəqliyyat layihələrində iştirakı mümkündür:
“Ancaq bunun üçün ilk növbədə Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmalıdır. Digər tərəfdən, “Sülh qovşağı” təklifi Ermənistan hakimiyyətinin beynəlxalq təşkilarlarda dostları ilə birgə Azərbaycan əleyhinə təbliğata son qoymasını diktə edəcək. Necə ola bilər ki, Ermənistan həm Azərbaycandan qaz alsın və birgə layihələrdə iştirak etsin, həm də Azərbaycana qarşı qətnamələr qəbul etdirməyə çalışsın? İkisi bir arada mümkün deyil. Paşinyan özündə cəsarət tapıb Azərbaycanla sülh sazişi imzalayarsa və Prezident İlham Əliyevin də irəli sürdüyü “Qafqaz evi” təklifi reallaşarsa, İrəvan və erməni lobbisi artıq Azərbaycana qarşı çirkin təbliğat apara bilməyəcək. Bunun müsbət tərəfi də odur ki, müxtəlif ölkələrdəki ermənipərəst siyasi mərkəzlər, o cümlədən ABŞ Konqresi və rəsmi Paris Azərbaycana qarşı “erməni kartı”ından imtina etmək məcburiyyətində qalacaqlar. Təsadüfi deyil ki, Ermənistanın radikal müxalifəti Nikol Paşinyanın “Sülh qovşağı” təklifinin əleyhinə çıxıblar”.
SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
- Qriqoryan Azərbaycana gəldi
- İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir
- Manaf Ağayevin oğlu işdən çıxarıldı
- SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
- Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?
- Buna görə Bakının tələbini qəbul etdim - Paşinyan
- Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan
- Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı