Rusiyanın Moskva şəhərindən Azərbaycanın Gəncə şəhərinə uçan “Aeroflot” aviaşirkətinə məxsus təyyarə Volqoqrad Hava Limanına təcili eniş edib.
BUTA.TV xəbər verir ki, buna səbəb sərnişinin səhhətinin vəziyyəti olub. Qeyd olunub ki, yerli vaxtla saat 13:55-də Moskvadan havaya qalxan təyyarə Volqoqrad Beynəlxalq Hava Limanına enib. Komandir dispetçerə 29 yaşlı sərnişinin huşunu itirdiyini bildirib.
Həkim briqadası tez bir zamanda kişini 25 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb. Hərtərəfli müayinədən sonra kişi ambulator müalicəyə göndərilib.
Volqoqrad Beynəlxalq Hava Limanı bildirib ki, təyyarə saat 14:00-da Volqoqrada eniş edib və bütün lazımi prosedurları yerinə yetirdikdən sonra saat 15:37-də yenidən havaya qalxıb.
- FHN Zəfər Gününü belə qeyd etdi
- Zəfər Günü ilə bağlı İlham Əliyevə müraciət olundu
- Prezident ona da Milli Qəhrəman adı verdi
- İlham Əliyev ona admiral rütbəsi verdi
- İlham Əliyevdən bu hərbçilərlə bağlı sərəncam
- Bu polkovniklərə "general-mayor" rütbəsi verildi
- İlham Əliyev onlara "general-leytenant" rütbəsi verdi
- Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi