“Liverpul” klubunun məşhur futbolçusu Luis Diazın valideynləri Kolumbiyada oğurlanıb.
BUTA.TV xəbər verir ki, hadisə Quahira departamentinin Barrankas şəhərində baş verib. Bildirilib ki, Diasın valideynləri avtomobili idarə edərkən motosikletli şəxslər onların yolunu kəsib.
Polis artıq futbolçunun anasını xilas edə bilib. Hazırda onun atasının azad edilməsi üçün əməliyyat aparılır.
Qeyd edək ki, 26 yaşlı Diaz ötən ilin yanvarında "Portu"dan "Liverpul"a keçmişdi. Bu müddət ərzində o, İngiltərə klubunun heyətində bütün turnirlərdə 58 oyun keçirib və 14 qol vurub.
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib