Naxçıvan şəhərində içkili halda Dövlət Yol Polisi (DYP) əməkdaşı ilə zarafatlaşan şəxs saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, 1965-ci il tarixdə Naxçıvan rayonu, Aşağı Uzunoba kəndində anadan olmuş Nihal retoranda yeyib-içdikdən sonra yol kənarında dayanan DYP əməkdaşına yaxınlaşaraq "haran ağrıyır rəis” sözünü işlədib. Daha sonra Nihal "komandir üzr istəyirəm, sizi səhv salıb zarafat etdim" deyib. DYP əməkdaşı "siz kimsiz mənlə zarafat edirsiz” cavabını verib və hadisə yerinə PPX əməkdaşları çağrılıb.
Nihal saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunub. Məhkəmənin qərarı ilə Nihal 150 manat məbləğində inzibati qaydada cərimə edilib.
- Türkiyədə sahilə pilotsuz kater çıxdı
- Onların nefti ilə strateji ehtiyatımızı artıracağıq - Tramp
- Həmin bərədə Azərbaycan vətəndaşları da olub
- Nyu-Cersidə atışma: 2 ölü, 9 yaralı
- Bakıda leysan olacaq, rayonlara dolu düşəcək
- Gəmi qəzası: Ərdoğan türk xalqına başsağlığı verdi
- Maduro həbsxanadan fotosunu paylaşdı
- Putin yenə bizi məğlub etdi - Ferlinqer