Noyabrın 3-ü saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlaması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Tərtər rayon prokurorluğundan məlumat verilib. Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb. Hazırda vəziyyəti orta ağır olub, müalicəsi xəstəxanada davam etdirilir. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
- Türkiyədə sahilə pilotsuz kater çıxdı
- Onların nefti ilə strateji ehtiyatımızı artıracağıq - Tramp
- Həmin bərədə Azərbaycan vətəndaşları da olub
- Nyu-Cersidə atışma: 2 ölü, 9 yaralı
- Bakıda leysan olacaq, rayonlara dolu düşəcək
- Gəmi qəzası: Ərdoğan türk xalqına başsağlığı verdi
- Maduro həbsxanadan fotosunu paylaşdı
- Putin yenə bizi məğlub etdi - Ferlinqer