"ATEF Şirkətlər Qrupu” MMC-nin rəhbəri 8 milyon manatdan artıq olan borcundan cəmi 2 milyon manata yaxını ödəyə bilib.
Valyuta.az-ın məlumatına görə, şirkət ötən ay İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 8 milyon 262 min 357 manat vergi borcundan cəmi 1 milyon 971 min 227 manatını ödəyib. Şirkətin işçi heyətinə də külli miqdarda borcu yaranıb. İşçilər hələ də maaşlarını ala bilmirlər.
Qeyd edək ki, ATEF-in qanuni təmsilçisi Əlixanbəyov Emil Talıb oğludur. Onun atası Talıb Əlixanbəyov isə ATEF-in Müşahidə Şurasının sədridir. Külli miqdarda borcuna görə Emil Əlixanbəyovun ölkədən çıxışına məhdudiyyət də qoyulub.
Şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki avadanlıqlar istehsal edən zavodu, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu, bunlardan başqa, layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri var.
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
- Putin yenə bizi məğlub etdi - Ferlinqer
- Antalyada meşəlik ərazidə güclü yanğın baş verdi
- Pezeşkian sabah bu türk ölkəsinə səfər edəcək
- Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
- Husilər Səudiyyə qüvvələrinə zərbələr endirdilər
- İran 30 gəminin Hörmüzdən keçməsinin qarşısını aldı
- Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
- 1649-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi