Bakıda quldurluq edən şəxs saxlanılıb.
“BUTA.TV” xəbər verir ki, bununla bağlı Daxilii İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini olan bir nəfəri döyərək onun 960 manat pulunu, içərisində 250 manat dəyərində mobil telefon və 2 ədəd bank kartı olan çantasını götürüb.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 37 yaşlı Elvin Fərəcov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.
- Rusiyanın Ukraynaya zərbələri: 4 ölü, 30-dan çox yaralı
- Əliyev Mirziyoyevi təbrik etdi
- Özəlin vaxtında CHP-nin 250 maşını yoxa çıxıb - Yarkadaş
- Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
- 1648-ci gün: Rusiyanın itkiləri yeniləndi
- ABŞ diplomatları Yaxın Şərqə qayıdır
- Prospektdə bir nəfəri döyərək pulunu və çantasını aldı - Video
- Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı