Azərbaycan Tibb Universitetinin dosenti, əməkdar müəllim Rəşid Mahmudov son vaxtlar məişət mövzularının telekanallarda və mətbuatda geniş müzakirə olunmasından narahatlığını dilə gətirib. Tanınmış alim bu cür müzakirələrin efirə yol tapmasının mənəvi aşınmaya səbəb olacağını bildirib.
BUTA.TV bildirir ki, Rəşid Mahmudov açıqlamasında ailə-məişət problemlərinin ictimai müzakirəyə çıxarılmasının doğru olmadığını bildirib: "Zəng edib soruşurlar ki, Doğuş Xoşqədəmə xəyanət edib. Buna necə baxırsınız? Ayıbdır! Ölkənin o qədər problemi, dərd-səri var ki... Niyə onlardan danışıb-yazmırsınız? Yaxşı jurnalist bu problemlərdən yazar. Başqasının ailə-məişət problemi sizə qalıb? Mən o qədər şeylər bilirəm ki! İndi durub hamısını danışım? Hər şeyin bir ölçüsü, əndazəsi olmalıdır!"
Rəşid Mahmudov sosial məzmunlu televerilişlərdə şəxsi həyata müdaxilənin yolverilməz olduğunu bildirib. Qeyd edib ki, telekanallar çox vaxt etik qaydaları gözləmir:
"Bu yaxınlarda efirə bir oğlan çıxmışdı. Kiminsə evində kirayədə qalıb. İndi deyir ki, uşaqlardan birinin atası mənəm. İnsan öz şəxsiyyətini necə bu qədər alçalda bilər?".
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
Sonda Rəşid Mahmudov bu cür müzakirələrdə iştirak edən insanları özünə hörmət etməyə səsləyib.
- Putin yenə bizi məğlub etdi - Ferlinqer
- Antalyada meşəlik ərazidə güclü yanğın baş verdi
- Pezeşkian sabah bu türk ölkəsinə səfər edəcək
- Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
- Husilər Səudiyyə qüvvələrinə zərbələr endirdilər
- İran 30 gəminin Hörmüzdən keçməsinin qarşısını aldı
- Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
- 1649-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi