Bir də görəcəyik ki, 100 min azərbaycanlı Ermənistandadır

22:10 - 4 Noyabr 2023 - SİYASƏT

 Bir də görəcəyik ki, 100 min azərbaycanlı Ermənistandadır

Paşinyanın hərəkətləri və onun hakimiyyəti sayəsində biz Qarabağı viran qoyduq və gümüş nimçədə Azərbaycana təqdim etdik.

BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan videomüraciətində bildirib. “Müstəqillik əldə etdikdən sonra Ermənistanda 4 lider olub - 3 prezident, Konstitusiyaya dəyişikliklərdən sonra isə baş nazir. Üç prezidentin dövründə Qarabağda “yeni prezidentlər seçilib”. Amma bu 3 prezidentdən heç biri Qarabağdakı “andiçmə mərasimi”ndə rəqs etməyib. Bu üç prezidentdən heç biri Xankəndi meydanında deməyib: “Qarabağ Ermənistandır, vəssalam”.

Paşinyan bunu etdi. 44 günlük müharibədən cəmi bir neçə gün əvvəl o, Matenadaran zalında Ermənistan üçün 20-50 illik baxışını təqdim etdi. Paşinyan və hökuməti sadəcə yuxudadır və bu gün də vəziyyət eynidir. Bütün bunların nəticəsi o oldu ki, biz Qarabağı viran qoyub, nimçədə Azərbaycana təhvil verdik. Bu gün isə artıq nimçədə Ermənistandır, lakin onlar bunu kimə verəcəklərini hələ bilmirlər”, - Oskanyan bildirib.

Onun fikrincə, “Dünyanın kəsişməsi” belədir: Ermənistanı gümüş nimçəyə qoyublar və bilmirlər kimə versinlər:

“Çox güman ki, heç bir Qarabağ sakini (Qarabağın keçmiş sakini – red.) öz evinə qayıda bilməyəcək və hansısa anda biz görəcəyik ki, Azərbaycana anklavları qaytarmışıq və 100 mindən çox azərbaycanlını qəbul etmişik. Təəccüblənməyin, bu mümkündür, ən inanılmaz hadisə baş versə də təəccüblənməyin, çünki bu insanlar nə etdiklərini bilmirlər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol