Məşhur türkiyəli iş adamı Acun İlıcalı maraqlı açıqlamaları ilə gündəm olub. O, verilişlərin birində avtomobil və motosiklet kolleksiyaları barədə danışıb.
Söhbət zamanı o, gözlənilənlərin əksinə olaraq maşınının çox olmadığını vurğulayıb. “Cəmi 3-4 avtomobilim var. Motosikletim isə 12-13 dənədir”, - deyə o bildirib. Biznesmen bu motosikletlərin hamısının Türkiyədə olmadığını vurğulayıb: “Motosikletlərim müxtəlif şəhərlərdə və ölkələrdədir, çünki (səfər edərkən) onları özümlə daşıya bilmirəm. Nə etməliyəm? Motosikletlə getməliyəm? Dominikada dörd, Mayamidə iki, Çeşmədə üç, İstanbulda dörd motosikletim var”, - deyə o, əlavə edib.
Qeyd edək ki, İngiltərənin “Hall Siti” və İrlandiyanın “Şelburn” klublarının sahibi olan 54 yaşlı Acun İlıcalının sərvətinin təxminən 100 milyon dollar məbləğində olduğu bildirilir. “TV8”, “TV8,5” VƏ “EXXEN” şirkətlərinin də sahibi olan iş adamı eyni zamanda səkkiz ölkədə proqramlar hazırlayır.
Yeri gəlmişkən xatırladaq ki, məşhur biznesmen oktyabrın 22-də Bakıda “İnnovativ inkişaf və fürsətlər” adlı seminar keçirib. Bol motivasiyanın, varlanmağın, yaxşı pul qazanmağın, biznes sahibi olmağın yolları barədə məlumatların olacağı vədi verilən seminar üçün biletlərin minimum qiyməti 40, maksimum 490 manat olub.
Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib
- Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - Video
- Bakının bəzi ərazilərində işıq olmayacaq
- Bəzi avtobuslar bu dayanacaqlarda saxlamayacaq
- Sürücülərin nəzərinə: Bu yol bağlanır!
- Elvinin MRT müayinəsinin nəticəsi - Açıqlandı
- Çaylar quruyur, xüsusi nişanələr ortaya çıxır
- Kəlbəcər-Laçın yolu belə inşa edilir - Video
- Hörmüz boğazı ilə bağlı layihəni - İran təsdiqlədi